Ukraynada separatçılar arasında parçalanma
Bizi izləyin

Dünya

Ukraynada separatçılar arasında parçalanma

Ukraynanın şərqindəki atəşkəsin bitməsindən sonra başlayan hərbi əməliyyatlar separatçılar arasında fikir ayrılığı yaradıb.

Axar.az xəbər verir ki, Ukrayna təhlükəsizlik orqanlarının verdiyi məlumatda ayrı-ayrı qruplara bölünən separatçıların bəzilərinin təslim olmaq istədikləri bildirilir.

Ukrayna Terrorla Mübarizə Əməliyyatları sözçüsü Aleksey Dmitraşkovskiy açıqlamasında bölgədəki separatçıların ikiyə bölündüyünü və bir hissəsinin silahlarını buraxaraq mühasirə altından çıxmaq istədiyini və digərlərinin isə sülhə qarşı olduqlarını vurğulayıb.


Həmçinin Donetsk Xalq Respublikasının Baş naziri Aleksandr Boroday isə siyasi tələblərdən imtina etməyə razı olduğunu və danışıqlara hazır başlaya biləcəklərini deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm