Ukraynada 200 hərbçi ölüb, 619-u yaralanıb
Bizi izləyin

Dünya

Ukraynada 200 hərbçi ölüb, 619-u yaralanıb

Ukraynada aprelin 15-dən terrorçulara qarşı başlayan antiterror əməliyyatları zamanı Ukrayna hökümətinin 200 hərbi qulluqçusu ölüb, 619 nəfər isə yaralanıb.

ANS PRESS-in məlumatına görə, bu haqda bu gün Kiyevdə keçirilən brifinqdə Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya mərkəzinin nümayəndəsi Andrey Lısenko xəbər verib.

Lısenko qeyd edib ki, ölənlərdən 150 nəfər Ukrayna silahlı qüvvələrinin qulluqçusu, 7-si Təhlükəsizlik Xidməti əməkdaşı, 6-sı sərhədçi, 13-ü Milli qvardiyaçı və 24-ü milis əməkdaşıdır.

Lısenko həmçinin qeyd edib ki, atəşkəsin dayandırılmasından sonra ölkənin şərqində keçirilən antiterror əməliyyatlarında 5 hərbçi ölüb, 31-i isə yaralanıb.

Qeyd edək ki, 29 Ukrayna hərbçisi Ukraynanın şərqində əsirlikdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm