
Ukrayna Prezidenti Pyotr Poroşenko güc strukturlarının rəhbərinin dəyişdirilməsi təşəbbüsü ilə çıxış edib.
Axar.az xəbər verir ki, artıq bununla bağlı Ali Radaya müraciət göndərilib. Dövlət başçısı yeni Müdafiə naziri postunda general-polkovnik Valeri Qalateyi, Baş Qərargah rəisi qismində isə general-leytenant Viktor Mujenkonu görmək istədiyini açıqlayıb.
O, parlamentdə təmsi olunan fraksiyaların üzvləri ilə görüşündə bildirib ki, hərbi sahədə zamana və tələblərə uyğun islahatlar aparılmalıdır. Poroşenko əlavə edib ki, anti-terror əməliyyatlatının uğurlu aparılması üçün peşəkar orduya ehtiyac var.
Dövlət başçısı həmçinin hərbidə olan problemlərdən də bəhs edib.