Dünyanın ən ciddi kəşfiyyat təşkilatları – FOTOLAR
Bizi izləyin

Dünya

Dünyanın ən ciddi kəşfiyyat təşkilatları – FOTOLAR

Dünyanın ən güclü kəşfiyyat xidmətləri haqqında fərqli spekulyasiyalar olsa da, ancaq konkret bir siyahı olmayıb. Ancaq publika.az dünyanın ən ciddi kəşfiyyat təşkilatlarının adını təqdim edir:

MOSSAD – İsrailin xüsusi xidmət orqanının adı “İsrail Kəşfiyyat və Xüsusi Əməliyyatlar İnstitutu”dur. Və ivridcədən qısaca olaraq MOSSAD adlanır. Simvolik olaraq 12 cəsus hadisəsinə qurulan təşkilat rəsmi olaraq 1947-ci ildə qurulub. Mərkəzi Təl-Əvivdədir.

MKİ – Mərkəzi Kəşfiyyat İdarəsi (CIA – red) 1947-ci ildə ABŞ-da qurulub. ABŞ-ın xarici ölkələr ilə əlaqədar kəşfiyyat məlumatlarını yığan qurumdur. Mərkəzi Vircinia ştatında yerləşir.

M16 – İngiltərə Gizli Xəbəralma Xidməti (Secret Intelligence Service), M16 Military Intelligence Section 6 (Hərbi Kəşfiyyat Bölməsi 6) olaraq bilinir. M16 adı keçmişdə ( I və II Dünya Müharibələri – red) bu xidmətin hərbi kəşfiyyatın bir idarəsi olaraq təşkilatlanmasından gəlir.

FSB – Rusiya Federasiyası Federal Təhlükəsizlik Təşkilatı (FSB), əks-kəşfiyyat, daxili təhlükəsizlik və sərhəd təhlükəsizliyi, terrorla mübarizə və gizli izləmə fəaliyyətləri ilə məşğuldur. Baş ofisi Moskvanın mərkəzində Qırmızı Meydanda (KQB binası – red) yerləşir.

BND – Almaniyanın gizli xəbəralma xidmətidir. Qərargahı münih və Berlindədir. 6 min 50 personalı vardır. İndiki rəhbəri Ernst Uhrlaudur. Qurucusu isə məşhur nasist cəsus Reinhard Gehlendir.

ASIS – 1955-ci ildə Avstraliyada qurulan ASIS dünya səviyyəsindən 38 mindən çox üzvü olan Avstraliya kəşfiyyat xidmətidir.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm