
Səudiyyə Ərəbistanı Kralı Abdullah ibn
Əbdul Əziz Əl Saud və ABŞ prezidenti Barak Obama telefon danışığı
zamanı İraq siyasətçilərini yeni hökümət formalaşdırmağa
çağırıblar. Publika.az-ın məlumatına görə, bu barədə “Reuters”
xəbər verib.
Siyasətçilər İraqdakı vəziyyəti və İŞİD
qüvvələrinin bir neçə şəhəri zəbt etməsi haqqında söhbət
edilblər.
Qeyd edək ki, ABŞ baş katibi Con Kerri İŞİD
qüvvələrinin fəallığının artması ilə əlaqədar olaraq, Bağdada
planlaşdırılmamış səfər edib. Daha sonra Barak Obama İraq
yaraqlılarına aviazərbə endirə biləcəklərini istisna
etməyib.