İŞİD Türkiyə sərhədində müharibəyə başladı
Bizi izləyin

Dünya

İŞİD Türkiyə sərhədində müharibəyə başladı

uriyanın Türkiyə sərhədindəki Cərablus qəsəbəsi və Kobani bölgəsində İŞİD ilə kürd qüvvələr arasında qarşıdurmalar baş verib.

Publika.az məlumatına görə, Suriyanın Hələb şəhərində yerləşən Cərablus qəsəbəsi və Kobani bölgəsində İŞİD silahlıları ilə Qərbi Kürdüstan Qüvvələri olaraq tanınan YPG qüvvələri arasında qarşılıqlı atışma olub.

Bölgədəki "Əl-Cəzirə" bürosu bildirib ki, gün ərzində davam edən döyüşlərdə 20 nəfərdən çox YPG silahlısı öldürülüb. Bəzi kürd mənbələri isə İŞİD-in də 30-dan çox itki verdiyini yazıb.

Qeyd edək ki, YPG silahlıları PKK-nın Türkiyə qolu olaraq tanınır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm