Cen Psaki: “Ukraynada terrorçuları Rusiya maliyyələşdirir”
Bizi izləyin

Dünya

Cen Psaki: “Ukraynada terrorçuları Rusiya maliyyələşdirir”

“Ukraynada antiterror əməliyyatları təmkinli və mülayim xarakter daşıyır”. Publika.az-ın UNİAN-a istinadən verdiyi məlumata görə, bu fikirləri ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki səsləndirib.

Psaki bildirib ki, Ukrayna prezidenti Petro Poroşenko birtərəfli qaydada atəşkəsin dayandırılmasına hazır idi: “Lakin terrorçuların buna hazır olmadığı ortaya çıxdı”. Mətbuat katibi vurğulayıb ki, istənilən halda məsuliyyət və öhdəliklər qarşılıqlı, ikitərəfli olmalıdır: “Əks halda sülhü və sabitliyi bərpa etmək mümkün deyil”.

O, NATO və Avropa rəsmilərinin müvafiq açıqlamalarını xatırladaraq, Rusiyanı yenidən terrorçuları maliyyələşdirməkdə və Ukraynanın şərqində separatçıları dəstəkləməkdə ittiham edib.

Nail Cəlil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm