İsrail Qəzzanı bombaladı: 5 yaralı
Bizi izləyin

Dünya

İsrail Qəzzanı bombaladı: 5 yaralı

İsrailin döyüş təyyarələri bu gün erkən saatlarda Fələstinin Qəzza bölgəsində bir sıra yaşayış məntəqələrini bombalayıb.

Publika.az-ın TRThaber-ə istinadən verdiyi məlumata görə, edilən hava hücumu nəticəsində 5 dinc sakin yaralanıb və evlərə, binalara ciddi ziyan dəyib. Fələstinin səhiyyə nazirliyinin təmsilçi Əşrəf əl-Qüdrət fələstinlilərin belə qəfil, anlaşılmaz hücumlardan böyük zərər çəkdiklərini, çoxsaylı günahsız qurbanlar verdiklərini bildirib.

İsrail ordusunun sözçüsü Peter Lerner isə söyləyib ki, hava hücumu Qəzzadan İsrailin Sderot şəhərinə atılan 2 raketə cavab olaraq, həyata keçirilib.

Nail Cəlil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm