Terrorçulara ağır zərbə vurulub
Bizi izləyin

Dünya

Terrorçulara ağır zərbə vurulub

Bu gecə gedən döyüşlərdə Ukrayna ordusu terrorçulara ağır zərbə vurub.

Publika.az-ın verdiyi xəbərə görə, Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, hərbi ekspert Dmitri Tımçuk “facebook” səhifəsində terrorçuların avtomobil karvanının məhv edildiyini yazıb.

Hərbi ekspertin sözlərinə görə, avtomobil karvanında 5 ədəd “Kamaz” yük avtomobili olub. O, dünənki antiterror əməliyyatlarında bir hərbi qulluqçunun həlak olduğunu, 18-nin isə yaralandığını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm