Hərbi əməliyyatlar iki il uzana bilər – Proqnoz (Video)
Bizi izləyin

Dünya

Hərbi əməliyyatlar iki il uzana bilər – Proqnoz (Video)

Antiterror əməliyyatlarında könüllü döyüşən batalyonlar ölkənin şərqində hərbi vəziyyətin tətbiqini tələb edir.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, “Azov” könüllü batalyonunun komandir müavini İqor Mosiyçik hərbi vəziyyətin tətbiqinə ehtiyac olduğunu deyib,

Hərbi vəziyyətin böhranı nizama salmağa kömək edəcəyinə əmin olduğunu deyən batalyon komandirinin müavini əks halda antiterror əməliyyatlarının iki il uzanacağını bildirib: “Antiterror əməliyyatlarının aktiv mərhələsi təxminən 6 ay davam edə bilər. Amma bütovlükdə terrorçuluğa qarşı əməliyyatlar iki ilə ləngiyə bilər. Hərçənd müdafiə naziri Mixail Koval əmindir ki, əməliyyatlar soyuqlar düşənə qədər davam edəcək”.

Onun fikrincə, hərbi vəziyyətin tətbiqi azad edilmiş ərazilərə nəzarət etməyə kömək edəcək. İ.Mosiyçuk yerli milis və yerli hakimiyyətin Ukraynanı satdığını dilə gətirib.

Bundan əvvəl isə “Donbas” könüllü batalyonu Ukrayna prezident administrasiyası qarşısında hərbi vəziyyətin tətbiqi tələbi ilə mitinq keçirmişdi. Mitinqə 1000-ə qədər Kiyev sakini qatılmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm