Yanukoviç oliqarxları da itirir
Bizi izləyin

Dünya

Yanukoviç oliqarxları da itirir

Ancaq V.Yanukoviçin öz karyerasına son qoyacağı az ehtimal edilir. İndiki halda onun növbədənkənar prezident seçkiləri tələbini qəbul etməsi məğlubiyyətlə barışmağı anlamına gəlir.

Ukraynada nümayişlərinin başlanmasından iki ay keçsə də paytaxt Kiyevin mərkəzində buzdan və tikanlı məftillərdən barrikadalar qalmaqdadır. Çəlləklərdən isə tonqallar tüstülənir. Nümayşçilər əvvəlki günlərdə olduğu kimi “Ukrayna hələ ölmədi”, “Prezident Viktor Yanukoviçə qarşı üsyan hələ ölmədi” şüarları səsləndirirlər.

Prezident Viktor Yanukoviçin müxalifət liderlərinə təklif etdiyi yüksək dövlət postları bir neçə saat sonra rədd edilmişdi. “Heç bir sazişdən söhbət gedə bilməz”, - “Batkivşina”( Vətən) fraksiyasının lideri Arseni Yasenyuk "Tvitter” sosial şəbəkəsindəki səhifəsində yazırdı.

Publika.Az –ın verdiyi xəbərə görə, ABŞ-ın “Time” nəşri Yanukoviçin nümayişçiləri sakitləşdirmək məqsədi müxalifət liderlərinə yüksək dövlət postları təklif etdiyini yazıb.

Qeyd edək ki, A.Yasenyuka baş nazir, UDAR Partiyasının rəhbəri Vitali Kliçkoya baş nazir müavini postu təklif edilirdi. “Liderimizin kim olacağına xalq qərar verir, siz deyil”, - “Batkivşina” fraksiyasının lideri siyasi reytinqi aşağı düşən prezidentə cavab vermişdi. “Time” bildirir ki, bir həftə əvvəl V.Yanukoviçin belə bir güzəşt etməsi qeyri-mümkün görünürdü:

“Ancaq son günlərdə prezident üçün vəziyyəti ümidsiz görünür. O, hakimiyyəti itirməkdə davam edir. Məsələ yalnız onda deyil ki, etirazlar bütün ölkə üzrə yayılıb, Yanukoviç üçün acınacaqlı olan həm də odur ki, prezidentin tərəfdarları sıralarda da parçalanma müşahidə edilir. Ukrayna siyasətində əsas rolu oliqarxlar oynayır. Bu maqnatlar Ukrayna bank sisteminin, eyni zamanda kütləvi informasiya vasitələri və parlament üzvlərinin böyük hissəsinə nəzarət edir. Siyasi böhran zamanı onlar ilk olaraq bitərəfliyi saxlamağa üstünlük verirdilər. Ancaq keçən həftə nümayişçilər və polisin arasında amansız toqquşmalar fonunda onlar yanaşmalarını dəyişdirməyə başladılar”.

"Onlar anladılar ki, vətəndaş müharibəsinin investoru olmaq risklidir”, - ukraynalı politoloqu Vladimir Sıbulko deyir. Son iki həftə ərzində polis nümayişçilərə qarşı gücü tətbiq etməyə başladı. ABŞ və Avropa İttifaqı isə Ukraynanı maliyyə sanksiyaları ilə hədələməyə başladı. Ukraynalı ekspertlərin fikrincə, məhz sanksiya hədələri oliqarxlar üçün həyəcan siqnal oldu. “Onların hamısı Qərbdən kreditləşdirilir, onların hamısının Qərbdə işgüzar maraqları var. Onlar Qərb bazarlarındakı perspektivi ilə risk edə bilmirlər”, - Kiyev Qlobal Strategiyar İnstitutunun direktoru Vadim Karasev söyləyir.

V.Kasilyev oliqarxların öz fərqli düşüncələrini birbaşa göstərmədiyini bildirir:“Sonralar isə oliqarxlar Ukrayna futbol komandalarının azarkeşlərini beysbol bitləri ilə silahlandırdılar. Bu təşkil olunmuş, təcrübəli döyüşçülərdir. Əgər futbol klubları istəsəydi, azarkeşlərindən nümayişlərə qatılmamağı xahiş edə bilərdilər. Bununla belə onlar nümayişlərin önündə idilər”.

“Ən zəngin və qüdrətli oliqarx, metallurgiya maqnatı Rinat Əhmədov da əvvəlcə qarşıdurmadan kənar qalmağa çalışırdı. O, prezidentə maliyyə dəstəyi təmin etməsi ilə tanınır. Onun maraqları hakimiyyət komandasının maraqları ilə sıx bağlıdır. Ancaq şənbə günü onun korporasiyası bəyanat yaydı. Bəyanatda deyilir ki, böhrandan yeganə çıxış yolu konstruktiv danışıqlardır, nümayişi boğmaq üçün göstərilən istənilən cəhdləri qəbuledilməzdir. Nəticədə prezident Yanukoviç üçün danışıqlar tək mümkün variant oldu. Polis dəyənəyini masadan götürmək lazım oldu”, - V.Karasev qeyd edir.

“Time” nəşrinə görə, siyasi müxalifət liderləri də V.Yanukoviçin təkliflərini rədd etməyə məcbur idi. Qeyd olunur ki, təklif edilən dövlət postlarının qəbul ediləcəyi halda onların nümayişçilərə təsiri də zəifləyə bilərdi. Belə ki, V.Kliçko keçən həftə prezidentlə danışıqların mümkün vətəndaş müharibəsindən qaçmaq üçün yeganə yol olduğunu deyəndə, nümayişçilər “satqın” deyərək qışqırmağa başlamışdılar.

Ancaq V.Yanukoviçin öz karyerasına son qoyacağı az ehtimal edilir. İndiki halda onun növbədənkənar prezident seçkiləri tələbini qəbul etməsi məğlubiyyətlə barışmağı anlamına gəlir. Çünki, dekabr ayında keçirilmiş son ictimai rəy sorğusuna görə, V.Yanukoviç seçkilərdə V.Kliçko və A.Yasenyuk da daxil olmaqla istənilən müxalifət liderinə uduzacaq. Həmin dövrdən sonra prezidentin reytiniqinin azaldığı güman edilir. Danışıqlar isə bundan sonra ehtimal ki, onun gedişi ətrafında olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm