Terrorçular döyüşə ağ bayraqla başladılar
Bizi izləyin

Dünya

Terrorçular döyüşə ağ bayraqla başladılar

Ukrayna antiterror gücləri Donetsk şəhərindən cənubunda blokposta hücum edən terrorçuları məhv edib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə antiterror güclərinin mətbuat mərkəzindən bildirilib.

“Hiyləgər terrorçular Ukrayna hərbçilərin blokpostlarından birinə hücum edib. Terrorçular ağ bayraqla mülki nəqliyyatında hərəkət edirdilər. Blokposta yaxınlaşan kimi atəş açmağa başladılar. Terrorçular cavab atəşi ilə məhv edilib”, - xəbərdə qeyd edilib.

Xəbərdə ötən gecə terrorçuların olduğu 5 ədəd “Kamaz” markalı yük avtomobilin məhv edildiyi xəbərə də təsdiqlənib.

Qeyd edək ki, bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, hərbi ekspert Dmitri Tımçuk “facebook” səhifəsində yazmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm