• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Poroşenko üç od arasında: Maydan, Vaşinqton və Moskva

  • Dünya
  • 3 İyul 2014 12:44
  • 381 Baxış
Poroşenko üç od arasında: Maydan, Vaşinqton və Moskva

ABŞ dövlət katibi Con Kerri Ukrayna prezidenti Pyotr Poroşenko ilə telefon söhbətində atəşkəs müddətinin uzadılmasını xahiş edib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə ABŞ-ın “Financial Times” qəzeti yazıb.

Nəşr diplomatik mənbəyə istinadən qeyd edir ki, Ukrayna ordusu tərəfindən ölkənin şərqində hərbi əməliyyatların yeniləməsi Qərb üçün xoş sürpriz olmayıb. “Qərb diplomatiyası atəşkəs rejiminin tətbiqi üçün Poroşenkoya təzyiqi göstərməkdə davam edir. Ancaq Maydandakı yeni etiraz aksiyalarının iştirakçıları terrorçular barəsində daha sərt addımların atılmasını tələb edirlər. Bu atəşkəs rejiminin müddətini uzatmayan Ukrayna prezidentinin qərarını anlamağa imkan verir”, - ABŞ nəşri bildirir.

Rəsmi Moskva isə iddia edir ki, Kiyevin strateji xətti məhz Vaşinqtonda istehsal olunur. “RİA-Novosti” xəbər agentliyinə dünən açıqlama verən Rusiya Federasiya Şurası katibinin müavini Yevgeni Lukyanov Ukraynada ABŞ-ın güc strukturlarının məsləhətçilərin fəal işlədiyini söyləmişdi.

Onun sözlərinə görə, Kiyev üçün strateji xətt məhz həmin məsləhətçilər tərəfindən istehsal edilir: “Əminliklə söyləyə bilərik ki, yalnız amerikalı muzdlulardan söhbət getmir, həm də Vaşinqtondan gələn məsləhətçilər Ukrayna ərazisində aktiv fəaliyyət göstərirlər. Mən ABŞ-ın güc strukturlarının mütəxəssislərindən danışıram. Onlar yalnız məsləhətlərlə kifayətlənmir, həm də Kiyevin strateji xəttini istehsal edirlər. Bu xətt isə ölkə rəhbərliyi tərəfindən qəbul edilir”.

Rusiya prezidenti Vladimir Putin də bir neçə gün bundan əvvəl verdiyi bəyanatında ABŞ-ı kəskin tənqid edərək bildirib ki, Ukrayna böhranı Rusiya və Avropa arasında danışıqların predmeti olsaydı, vəziyyət bu həddə gəlib çatmazdı. V.Putin Vaşinqtonun Kiyevi qarşıdurmaya itələdiyini dilə gətirib.

“RİA-Novosti” xəbər agentliyi isə Vaşinqtonun Ukraynadakı hadisələrdə iştirakı ilə bağlı Putinin fikirlərini təsdiqləyən bir karikatura verib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR