4-cü dəfə dirilən vəhabi İŞİD-i Qafqaza gətirir – Şok/Video
Bizi izləyin

Dünya

4-cü dəfə dirilən vəhabi İŞİD-i Qafqaza gətirir – Şok/Video

İŞİD-in xəlifə elan etdiyi adamın yaxın silahdaşı Qarabağda döyüşüb.

Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı şərqşünas Dmitri Nevedenko çıxış edib. O, İŞİD-in fəaliyyətinin tezliklə Qafqaza da keçəcəyini bildirib:

“Bir müddət öncə Əbu Məhəmməd Əl-Ədani İŞİD xəlifəsinin adını bəyan etdi. Çox maraqlı məqam ondan ibarətdir ki, Əl-Ədaninin ən yaxın adamlarından biri də məşhurluqda ondan o qədər də geri qalmayan inquş əsilli Əbu Ömər Əş-Şişanidir.

Şişani Suriyada hökumət əleyhinə vuruşan “İmmiqrantlar və Tərəfdarlar Ordusu” qruplaşmasına rəhbərlik edir və keçirdiyi bir sıra uğurlu əməliyyatdan sonra İŞİD liderlərinə yaxınlaşır. Ən maraqlısı ondan ibarətdir ki, əsl adı Davud Xaluxayev olan Əş-Şişani Dağlıq Qarabağda döyüşməklə bərabər, 2000-2004-cü illərdə İnquşetiyada terror fəaliyyəti ilə məşğul olub. Əş-Şişaninin yenidən ortaya çıxması kifayət qədər maraqlıdır. Çünki mayın sonunda KİV bu Qafqaz döyüşçüsünün Aleppo yaxınlığında məhv edilməsi ilə bağlı informasiya yaymışdı. Hazırda isə onun yenidən meydana çıxması Rusiya xüsusi xidmət orqanları üçün mesajdır. Çünki məhz Rusiya İŞİD-in gələcək müddət ərzində Zaqafqaziya, Şimali Qafqazda fəaliyyətə başlayacağı ilə bağlı həyəcan siqnalı verir. Ehtimal ki, yaxın müddət ərzində Xaluxayevin əmri ilə Qafqazda yenidən aktivlik meydana gələcək”.

Xatırladaq ki, əş-Şişaninin üçüncü dəfə yayılan ölüm xəbəri bu video ilə təsdiqlənmişdi:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm