Putin demək olar ki, qələbəni bayram edirdi, amma…
Bizi izləyin

Dünya

Putin demək olar ki, qələbəni bayram edirdi, amma…

Dünən Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov “Tvitter” səhifəsində Ermənistanın Avrasiya İttifaqına üzvlük haqqında razılaşmanı oktyabr ayında imzalayacağını yazdı. Ondan əvəvl isə Rusiya prezidenti Vladimir Putin Rusiya səfirləri və daimi nümayəndələrlə görüşü zamanı Ermənistanın çox yaxın müddətdə Avrasiya İqtisadi İttifaqına tamhüquqlu üzv olacağını bildirib.

Publika.az-ın verdiyi xəbərə görə, erməni ekspert Naira Ayrumyan Putinin Ermənistanı Qazaxıstana verdiyini iddia edib.

“Astana ən azından üç dəfə Ermənistanla bağlı siyasətini dəyişdirirdi. Əvvəlcə Nazarbayev bildirdi ki, Qarabağ problemi Azərbaycanın xeyrinə həll olmadan Ermənitanın Avrasiya İttifaqına girişi mümkün deyil. Daha sonra Serj Sarkisyan 15 iyuna qədər vaxt istədi, Nazarbayev isə 1 iyula qədər vaxt verdi. İndi isə xarici işlər naziri yeni bir vaxt açıqlayır. Putin gizlətmir ki, Ermənistan məsələsinin həllini Qazaxıstana verib. Nə Astanada, nə də ondan sonra Putin Əliyevin məktubu haqqında bir söz demədi. Putin ümumiyyətlə, Avrasiya İttifaqı haqqında az danışır. Ukraynanın itkisindən sonra Putinin ittifaqa marağı azalıb və Ermənistan onun boğazında ilişib qalıb”, - erməni eksperti qeyd edib.

N.Ayrumyan Avrasiya İttifaqında Ermənistanın Putinə lazım olmadığını bildirib: “Putin “Şərq Əməkdaşlığı” proqramını sındırmalı idi. O, əvvəlcə Qarabağ üzrə ticarətə başlamaqla və silah sazişləri ilə Azərbaycanı layihədən asanlıqla qopartdı. Sonra isə Azərbaycanla Ermənistanı hədələməyə başladı. Putin demək olar ki, qələbəni bayram edirdi. Amma o, “Şərq Əməkdaşlığı”nı dayandıra bilmədi, üç ölkə postsovet məkanından qəti şəkildə qopdu. Və bunu Putin şəxsi məğlubiyyəti kimi qəbul etdi”.

Erməni eksperti qeyd edir ki, çoxlar artıq Kremlin komandasında fikir ayrılıqları haqqında açıq şəkildə danışmağa başlayıb: “Sbiqnev Bjezinski iddia edir ki, Obamanın bəyanatı Putin üçün ən təhqiredici bəyanatı idi. Obama Rusiyanı regional dövlət adlandırdı. Bjezinski iddia edir ki, Rusiya prezidenti indi yatırdılmış və alçaldılmış vəziyyətdədir. Çünki, onun qüdrətli ambisiyaları Ukraynadan sonra demək olar ki, sıfra yaxınlaşıb”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm