Dünya
İŞİD 19 yaşlı qızı tələyə saldı
ABŞ-da yaşayan 19 yaşlı gənc qız Suriyada döyüşən İŞİD döyüşçüsünün tələsinə düşüb.
ANS PRESS-in məlumatına görə, gənc qız aşiq olduğu gəncə görə
Suriyaya getməyə qərar verib. Türkiyə sərhədini keçərək Suriyaya
getməyi planlaşdıran qız hava limanında təhlükəsizlik əməkdaşları
tərəfindən saxlanılıb. Conli adlı qız terror təşkilatına maddi
dəstək etməyə təşəbbüsdə günahlandırılıb.
Conli İŞİD döyüşçüsü ilə internetdə tanış olub və evlənmək qərarına
gəlib. Gənc qızın ailəsi Conlinin evlənmək istədiyi adamın 32
yaşında tunisli bir şəxs olduğunu söyləyib.
Gənc qız isə öz növbəsində İŞİD-ın terror təşkilatı olduğunu
bildiyini, həbs olunma ehtimalının olduğunu və bu səbəblə bir daha
ABŞ-a geri dönməmək üzrə yola çıxdığını söyləyib. Conli
təhlükəsizlik əməkdaşlarına ifadəsində döyüşə qarşı olduğunu deyib:
"Əgər döyüş məcburidirsə, o zaman bəli döyüşərəm. Bunu istəyərək
etməsəm də döyüşərəm".
ABŞ-lı səlahiyyətlilər 19 yaşındakı Conlinin hərbi təhsil almaq
üçün ötən ilin dekabr ayında ABŞ ordusuna yazılma cəhdi etdiyini
bildirib.
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...