Yeni nazir Rusiyaya qalib gələcəyinə söz verdi
Bizi izləyin

Dünya

Yeni nazir Rusiyaya qalib gələcəyinə söz verdi

Ukrayna Ali Radası prezident Pyotr Poroşenkonun təqdimatı əsasında Valeri Qeleteyi yeni müdafiə naziri təyin edib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, Ali Radanın 364 xalq deputatından 260-ı ona səs verib.

Ali Rada tribunasından çıxış edən müdafiə naziri Ukraynada sabitlik və sülhün əldə olunması, ölkənin ərazi bütövlüyünün bərpası üçün hər şeyi edəcəyini bildirib. Onun hazırda Rusiyanın işğalı altında olan Sevastopolla bağlı fikirləri xüsusi diqqət çəkib.

Yeni müdafiə naziri Sevastopolda qələbə paradını keçirməyə söz verib. “Ukrayna qalib gələcək” deyən V.Qeletey qələbə qazanacağına əminliyini ifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm