Rusiyalı politoloq: “Rusiya sülhməramlıları Qarabağda yerləşdirməyə hazırdır”
Bizi izləyin

Dünya

Rusiyalı politoloq: “Rusiya sülhməramlıları Qarabağda yerləşdirməyə hazırdır”

“Rusiya Dağlıq Qarabağa sülhməramlıları yerləşdirməyə hazırdır”.

Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, bu sözləri MDB ölkələri İnstitutunun Qafqaz şöbəsinin müdiri Vladimir Yevseyev deyib.

O, hesab edir ki, tərəflər təmas xəttindən snayperlərin geri çəkilməsini müzakirə edə bilər. Rusiyalı politoloq həmçinin qeyd edib ki, Rusiya işğal edilmiş ərazilərdən erməni qoşunlarının çıxarılması şərtlərinin yaradılması üçün münaqişə zonasına sülhməramlıların yerləşdirilməsi məsələsinin müzakirəsinə başlaya bilər.

V.Yevseyev vurğulayıb ki, Rusiya üçün NATO sülhməramlıların bu prosesdə iştirakı qəbuledilməzdir.

“Amerika tərəfi ATƏT-in Minsk qrupunu əzməyə çalışır. ATƏT-in Minsk qrupu çərçivəsində konstruktiv iş olmalıdır, burada hər hansı tərəf əsas ola bilməz. Bu qüsurlu təcrübədir”, - rusiyalı politoloq deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm