Türkiyəyə böyük təhlükə: İŞİD Ankaranı vura bilər
Bizi izləyin

Dünya

Türkiyəyə böyük təhlükə: İŞİD Ankaranı vura bilər

İŞİD-in Suriyadakı güc nümayişində rus istehsalı olan bir “Scud” raketləri diqqət çəkib.

Axar.az xəbər verir ki, adını İslam Dövləti olaraq dəyişən İraq Şam İslam Dövlətinin ötən gün Suriyanın Rakka şəhərində keçirdiyi güc nümayişində rus istehsalı olan “Scud” raketi diqqətdən yayınmayıb. Suriya ordusuna aid T-55 tankları ilə yürüş keçirən döyüşçülərin ələ keçərdiyi “Scud” raketinin işlək vəziyyətdə olub-olmadığını qiymətləndirən Sakarya Universitetinin Radar Müdafiə etmə Sistemləri mütəxəssisi Aşkın Dəmirqol nüvə başlığı daşıyan bu raketlərin bölgə üçün ciddi təhlükə olduğunu bildirib:

"Scud” raketləri kompleks sistemlərdir. Onların üzərində radar və silah sistemi var. Onlar nüvə başlığı daşıyır. Düzdür, İŞİD-in bu sistemlərlə çalışan texniki heyəti olmaya bilər, ancaq onlar əsirlərdən də istifadə edə bilərlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm