Taliban Əfqanıstan hərbi aerodromunu bombaladı
Bizi izləyin

Dünya

Taliban Əfqanıstan hərbi aerodromunu bombaladı

Taliban Əfqanıstanın paytaxtı Kabildə yerləşən hərbi hava limanına üç raket atıb.

Axar.az xəbər verir ki, Kabildəki beynəlxalq aeroportun yaxınlığında yerləşən hərbi hava limanına edilən hücum zamanı iki hərbi helikopter vurulub. Çox sayda ölənlər və yaralılar var.

Ancaq nə qədər insanın öldürülməsi və hava limanına dəyən maddi zərər haqqında hələ heç bir məlumat verilməyib.

Xatırladaq ki, Taliban sözçüsü Zebiullah Mücahid Tvitter səhifəsində hərbi hava limanını üç raketlə hədəfə aldıqlarını və iki helikopteri vurduqlarını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm