Putin Amerika filminin çəkilişinə qadağa qoydu
Bizi izləyin

Dünya

Putin Amerika filminin çəkilişinə qadağa qoydu

Rusiya prezidenti Vladimir Putin dünyaca məşhur "House of Cards" serialının Birləşmiş Millətlər Təşkilatının binasında çəkilməsinə qarşı çıxıb.

Axar.az xəbər verir ki, baş rolunu Oskar mükafatı laureatı aktyor Kevin Speysinin çəkdiyi serialın siyasi xarakter daşıması ilə bağlı bəzi səhnələrinin Nyu Yorkda yerləşən BMT-nin Təhlükəsizlik Şurasının əsas salonunda çəkilməsinə Putin veto qoyub.

Rusiyaya zərər verə biləcək səhnələrin də ola biləcəyi ehtimalını düşünüən Rusiya daimi nümayəndəliyi prodüser şirkət "Media Right Capital"ın bu istəyinə yox cavabı verməsindən sonra "House of Cards" qrupu başqa bir məkan axtarmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, "House of Cards" hələ də Baltimore şəhərindəki studiyalarda çəkilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm