Kazakların atamanı həbs edildi
Bizi izləyin

Dünya

Kazakların atamanı həbs edildi

Qeyd edək ki, Donbass separatçılarının sırasında müxtəlif qruplaşmalar döyüşür. Sabiq "FZB" zabitləri, Sovetlərin Əfqanıstan kampaniyasının veteranları, Şimali Qafqaz millətlərindən olan "döyüşçülər", dindarlar və s. Bu qüvvələr arasında ən fəalı Rusiyada ictimai təşkilatlar kimi fəaliyyət göstərən kazaklardır.

Kuban, Don və hətta Sibir kazak dəstələri haqda məlumatlar yayılır. Elə bu gün həbs edilən də belə dəstələrdən birinin lideridir. Onun Rusiyadan Ukraynaya gedərkən tutulduğu deyilir.

Bu arada məlum olub ki, Kramatorsk yaxınlığında separatçıların Ukrayna ordusuna qarşı quraşdırdığı yol minasında adi ailənin maşını partlayıb. Xəbər verilir ki, partlayışdan ailənin ancaq kiçik qızı sağ çıxıb. Ağır yaralarla onu xəstəxanaya yerləşdiriblər.

Əsas toqquşmalar mərkəzi olan Slavyanskdakı separatçılar Ukrayna ordusu tərəfindən mühasirədə saxlanılır. Rusiya mediası burada daim dinc əhalinin "Kiyev xuntası" tərəfindən məhv edilməsi haqda xəbərlər yayır. Ukrayna tərəfi isə iddia edir ki, yaraqlılar dinc sakinlərdən canlı qalxan kimi istifadə etməyə çalışırlar. Ukrayna topçuları izah edirlər ki, Slavyasnk ətrafında olan postlara hücum olanda, oradan artilleriya dəstəyi haqda xahiş gəlir, topçular da Ukrayna əsgərlərinə hücum edən atəş nöqtələrini vururlar.

İyulun 3-də Ukraynanın Donetsk şəhərində Yol polisi əməkdaşlarına silahlı hücum olub. Azadlıq Radiosu xəbər verir ki, bir neçə maskalı şəxs Artemovsk küçəsində patrul xidmətində olan polis əməkdaşlarına avtomat silahlardan atəş açaraq hadisə yerindən uzaqlaşıb.

Daxili işlər idarəsi bildirir ki, hücum nəticəsində 3 polis əməkdaşı ölüb, daha biri isə ağır yaralanıb. Cinayətin səbəbləri və detalları haqda əlavə məlumat verilmir.

Rusiyameylli yaraqlıların nəzarətində olan Donetsk şəhərində paralel olaraq inzibati strukturlar da öz işlərini davam etdirməyə çalışır. Lakin bir-biri ilə ziddiyətləri olan müxtəlif silahlı qruplaşmalarının cəmləşdiyi Donetskdə son vaxtlar qətl, qarətlərin və digər ağır cinayətlərin sayı artıb.

Donbass müharibəsini izləməyin ən etibarlı yolu youtube-dir. Burada yerləşdirilən videoların təbliğat xarakterli başlıqlarından, təqdimat və şərhlərindən görüntüləri ayırd edə bilsən, günün təxmini mənzərəsini yaratmaq olar.

İyulun 3-də yayılan videolardan belə bir mənzərə yaranır: Kramatorsk yaxınlığındakı Nikolayevka kəndində, Slavyansk kənarındakı Semenovka qəsəbəsində tərəflərin silahlı toqquşmaları baş verib. Separatçıların lideri etiraf edir ki, Ukrayna hərbçiləri separatçı dəstələrin əhatəyə alınması üzrə əməliyyatlarını ardıcıl şəkildə həyata keçirirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm