• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Ermənistan Qazaxıstana tabe edilir?

  • Dünya
  • 3 İyul 2014 21:40
  • 456 Baxış
Ermənistan Qazaxıstana tabe edilir?

Ermənistan şərhçiləri düşünür ki, Rusiya prezidenti Vladimir Putin Ermənistanı Qazaxıstanın idarəetməsinə tapşırıb.

ANS PRESS-in məlumatına görə, bu məsələyə erməni şərhçi Naira Ayrumyan da bu gün yazdığı məqaləsində toxunub. “Erməni rəsmiləri heç cür Ermənistanın Avrasiya İttifaqına daxil olması üçün yeni müddət (oktyabr ayını) müəyyən edən Qazaxıstan xarici işlər nazirinin tvitini şərh edə bilmirlər”,- deyə müəllif məqaləsini qalmaqallı sözlərlə başlayır.

Müəllifin fikrincə, Rusiya heç nə demədən Ermənistanı Qazaxıstanın “tabeliyinə” verib. “Ən azı üç dəfə Astana Ermənistan siyasətinin istiqamətini dəyişib: Əvvəlcə Nazarbayev faktiki olaraq bildirdi ki, Qarabağ problemi Azərbaycanın xeyrinə həll edilmədən Ermənistanın Avrasiya İttifaqına girməsi mümkün deyil. Sonra Serj Sarkisyan iyunun 15-ə kimi vaxt xahiş etsə də Nazarbayev iyulun 1-ə kimi müddət müəyyən etdi. İndi də onun naziri yeni müddətdən bəhs edir. Putin gizlətmir ki, Ermənistanın ixtiyarı Qazaxıstanın əlinə verilib”, - deyə şərhçi vurğulayır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR