• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İŞİD lideri: Terror – Allahın qanunları ilə idarə edilməkdir

  • Dünya
  • 4 İyul 2014 00:43
  • 3 736 Baxış
İŞİD lideri: Terror – Allahın qanunları ilə idarə edilməkdir

"İraq Şam İslam Dövləti” (İŞİD) silahlı qruplaşmasının lideri Əbubəkr əl-Bağdadi Ramazan ayı ilə bağlı açıqlama verib.

ANS PRESS-in məlumatına görə, İŞİD lideri internetdə yayılmış səsyazısında terrorçuluğu öyüb, milliyyətçilik, sülh, dinc yaşama, azadlıq, demokratiya, dünyəvilik və vətənpərvərlik kimi şüarları inkar edib.

O, bununla bağlı deyib: "Müsəlmanlar bu şüarlara tabe oldular, dinlərindən ayrıldılar, Allaha imanlarını tərk etdilər, şərq və qərb insanlarının uydurduğu qanunlara uyğun gələrək şirkə qaçdılar, onların davamçısı kimi, bu şüarları qürursuz və məqsədsiz bir şəkildə qışqıraraq mənfur və biabırçı bir halda yaşayırlar. Belə yaşamağa qarşı çıxanlarsa əziyyət gördü, hədəfə alındı, qovuldu, sonu ölüm oldu, həbs ya da terrorizm ittihamı ilə qorxunc şəkildə işgəncələr gördü".

Daha sonra o, terrorun müsəlmanlar üçün azad həyat demək olduğunu vurğulayıb: “Terror Allahın qanunları ilə hökm edilməyi seçməkdir. Terror Allah nə əmr etmişsə, ona itaət etmək deməkdir. Terror alçaldılmağı, boyun əyməyi və kafirlərə itaət etməyi rədd etməkdir. Terror müsəlmanlar üçün bir müsəlman kimi izzətli, güclü və azad yaşamaqdır. Terror hüquqlarına sahib çıxmaq və onlardan əsla imtina etməməkdir”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR