Sarkozi inkar, məhkəmə israr edir
Bizi izləyin

Dünya

Sarkozi inkar, məhkəmə israr edir

Fransanın qalmaqallı prezidenti Nikolya Sarkozi Müəmmar Qəddafidən seçki kampaniyası üçün 50 milyon dollar almasını bir daha inkar edib. O, hesab edir ki, barəsində deyilənlər onun iki ay sonra partiyasından növbəti prezidentliyə namizədliyinin irəli sürülməsi tədbirinə bir maneədir.

Publika.az-ın məlumatına görə, Fransanın keçmiş prezidenti Nikola Sarkozi şam etdiyi restorandan çıxarkən öz tərəfdarları ilə görüşüb, dəstəyə görə təşəkkür edib. "Mən siyasi oyunlar qarşısında aciz qalan bir insan deyiləm".

Fransanın eks prezidenti Nikola Sarkozi korrupsiya ittihamı ilə dindirilməsi, məhkəməyə sövq edilməsi iddialarına cavab verib.

Özünü müdafiə üçün Fransanın “TF 1” və “Europe 1” radiosuna müsahibəsində Sarkozi baş verənləri siyasi oyun adlandıraraq şokda olduğunu deyib. Sabiq prezident məhkəmənin siyasətə alət edilməsini və 16 saata yaxın dindirilməsini sui-qəsd olduğunu düşünür. Sarkozi hesab edir ki, barəsində məhkəmə iddiası qaldırılıbsa, deməli hansısa dəlillərə malikdirlər, lakin o, dövlətçilk əleyhinə çıxmadığı vurğulayıb.

Nikola Sarkozi deyib ki, onun barəsində mənfi bir imic formalaşdırılmağa çalışılır: “Mən fransızların etibarına əsla xəyanət etmədim. Bir səhvim olsa, məsuliyyətimi dərk edirəm. Sentyabr ayından bu yana ən özəl telefon danışıqlarımın dinlənilməsi normaldırmı? Dindirilmənin arxasında məni hörmətdən salma niyyəti var”.

Sarkozi "2017-ci ildə yenidən prezidentliyə namizəd olacaqsınızmı?" sualına "Ölkəmə xidmət etməkdən əsla geri çəkilməyəcəm, avqustun sonu, sentyabrın əvvəli prezidentliyə namizədliklə bağlı qərarımı verəcəm" cavabını verib. Sarkozi hazırda müxalifətdə olan “Xalq Hərəkatı Naminə İttifaq” partiyası sədrliyinə iddialıdır. Keçmiş prezident və vəkili Tyerri Erzoq prezident seçkiləri ilə əlaqədar keçirilən təşviqat kampaniyası zamanı Liviyanın sabiq prezidenti Müəmmar Qəddafidən 50 milyon avro maliyyə yardımı almaqda ittiham olunur. Bu fakt Sarkozinin vəkili ilə telefon danışığı zamanı üzə çıxıb. Təqsiri sübuta yetiriləcəyi təqdirdə onu 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm