Putini özündən çıxaran 2 hadisə
Bizi izləyin

Dünya

Putini özündən çıxaran 2 hadisə

"2 hadisə Putini ABŞ-ın əleyhinə yönəldib".

Publika.az-ın məlumatına görə, bu haqda ABŞ-da çıxan aylıq internet jurnalı Atlantic Monthly yazır.

Vaxtilə Rusiyada ABŞ səfiri olmuş McFaul deyir ki, birincisi 2012-ci ildə Rusiyada Putin əleyhinə müxalifət nümayişləri keçirilirdi. Kreml həmin nümayişlərin təşkilində, hətta ABŞ səfiri McFaulun özünü günahlandırırdı.

İkinci hadisə, McFaulun fikrincə, qışda Ukraynada hakimiyyətin prezident Yanukoviçdən rəvan yolla müxalifətə ötürülməsi danışıqları idi. ABŞ hökuməti bu danışıqlara yaxından qatılmışdı və ABŞ-ın vitse-prezidenti Bayden Yanukoviçlə telefonla əlaqə saxlayırdı. Bundan sonra Yanukoviç gözlənilmədən Ukraynadan qaçdı və Putin fikirləşdi ki, amerikalılar yenə onu aldatdı. Bu, keçmiş ABŞ səfiri McFaulun izahıdır.

Onun fikrincə, Ukrayna böhranının səbəbini Putinin şəxsiyyətində axtarmaq lazımdır. O deyir: “Mən düşünmürəm ki, Putin uşaq kimi oturub SSRİ-nin bərpasını arzulayır. Krımın tutulması sonra Moldovanın bir hissəsinin və şərqi Ukraynanın işğalını nəzərdə tutan böyük strategiyanın ilk addımı deyil".

Eks səfirin fikrincə, Rusiya Krımı Kiyevdəki hakimiyyətin zəifliyinə görə tutdu, vəziyyəti əlverişli saydı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm