Poroşenko geriyə çəkildi
Bizi izləyin

Dünya

Poroşenko geriyə çəkildi

Ukrayna prezidenti Petra Poroşenko hər iki tərəfin əməl etdiyi təqdirdə atəşkəsə hazır olduğunu bilfirib. Publika.az-ın məlumatına görə, prezidentin mətbuat xidmətinin yaydığı xəbərdə bildirilir ki, o bu barədə ABŞ vitse-prezidenti Co Bayden ilə telefon danışığı zamanı deyib. Dövlət başçısı Ukrayna, Almaniya, Fransa və Rusiya xarici işlər nazirlərinin Berlində görüşlərinin nəticəsi barədə məlumat verərək, əldə olunan razılaşmalara uyğun olaraq növbəti addımların atılması lazım olduğunu bildirdi. Poroşenko ikitərəfli formatda riayət oluncağı, eləcə də girovların azad olunacağı və ATƏT-in monitorinqinin sərhəddə nəzarətinin bərpası şərtilə atəşin dayandırılmasına razı olduğunu bildirib. Prezident hər hansı bir əlavə şərt olmadan siyasi danışıqlara başlamağa hazır olduğunu vurğulayıb.

Bayden Ukraynanın bu çətin günündə prezidentin atəşkəsə yanaşmasını ABŞ-ın də dəstəklədiyini və ölkədə sülhün bərqərar olması üçün əlindən gələni əsirgəməyəcəklərini bildirdi. Buna cavab olaraq Poroşenko ABŞ xalqına minnətdarlığını bildirdi və Baydeni ölkəsinin 4 iyul müstəqillik günü münasibətilə təbrik etdi. "Bu gün Ukrayna da öz müstəqilliyi uğrunda mübarizə aparır və bunun qiymətini bilir",- deyə Poroşenko əlavə etdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm