“Əks halda, döyüş yenidən başlayar”- keçmiş polis zabitindən xəbərdarlıq
Bizi izləyin

Dünya

“Əks halda, döyüş yenidən başlayar”- keçmiş polis zabitindən xəbərdarlıq

Yazdığı kitabında “paralel dövlət”i ifaş etdiyi üçün polisi və məhkəmənin hədəfi olan, sonra da həbs olunan Hanefi Avcı “Sabah” qəzetinə müsahibə verib.Publika.Az –ın verdiyi xəbərə görə, minlərlə insanı dinləyərək sənəd topladıqlarını və bunlardan şantaj

Yazdığı kitabında “paralel dövlət”i ifaş etdiyi üçün polisi və məhkəmənin hədəfi olan, sonra da həbs olunan Hanefi Avcı “Sabah” qəzetinə müsahibə verib.Publika.Az –ın verdiyi xəbərə görə, minlərlə insanı dinləyərək sənəd topladıqlarını və bunlardan şantaj üçün istifadə etdiklərini bildirib.

Cümhuriyyət Xalq Partiyasının keçmiş sədri Dəniz Baykal və Millətçi Hərəkat Partiyası ilə bağlı yayılan videogörüntülərin də bunun ən bariz nümunəsi olduğunu bildirən keçmiş polis zabiti “təhlükəsizlik istəsəydi, bunun qarşısını ala bilərdi. Polis əgər bir məsələni həll etmək istəmirsə, deməli o işdə barmağı vardır” söyləyib. O, D.Baykal və MHP-lilərə qarşı kaset skandallarının arxasında da “paralel dövlət”in olduğunu vurğulayıb.

Fəthullah Gülənin internetdə yayılan səs qeydlərindən danışan H.Avcının sözlərinə görə, onun anormal əlaqələrinin ortaya çıxması üçün əslində səs qeydlərinə ehtiyac yoxdur:“Türkcə olimpiadalarının sponsorlarına baxmaq kifayət edir. Əvvəllər yalnız camaatdan olan biznesmen və iş adamlarından dəstək alardılar. Son dövrlərdəki sponsorlar isə Türkiyənin nəhənglər liqasında olan şəxslərdir. Əvvəlki sponsorlarına baxın, bir də indiki sponsorlarına baxın. Təzyiq edilib-edilmədiyini anlarsınız”.

Keçmiş polis zabiti Adana və Hatayda MİT tırlarının saxlanılması ilə bağlı bunları söyləyib:“Dövlətin bir təşkilatının etdiyinə digər təşkilat mane ola bilməz. MİT bir addım atırsa, prokuror buna maneə olmamalıdır. Bu işin zarafatı yoxdur, bu bir dövlət siyasətidir. Dövlət istəsə silah, istəsə bir başqa şey göndərər. Əgər dövlət “bu mənim malım” deyirsə, oraya kimsənin müdaxiləsindən söhbət gedə bilməz. Adana və Hatayda yaşananlar Türkiyənin dünyada etibarını azaltmağa yönəlik hərəkətlərdir. Bunların yeganə məqsədləri dünyada terrora yardım edən bir ölkə imicini yaratmaq. Dünyanın bütün gizli xidmətləri olanları heyrətlə izləyir. Bu vəziyyətdə paralel dövlətin MİT-ə də sızmış olduğunu söyləmək mümkündür. Tır hadisələri bu təşkilatın yalnız MİT-də deyil, eyni zamanda orduda da olduğunu ortaya qoyur”.

H.Avcı camaatın hökumətin bütün siyasətətinə qarşı olduğunu bildirir. “Mən hökumətin iki addımını dəstəkləyirəm. Birincisi, 17 Dekabr əməliyyatından sonra gördüyu işlər. İkincisi, kürd məsələsini həlli müddəti. İkinci məsələ bu ölkə üçün həyati əhəmiyyətlidir. Hökumət tezliklə bu məsələni uğurla başa çatdırmalıdır. Əks halda, döyüş yenidən başlayar. O zaman bu ölkə üçün fəlakəti olar”,- keçmiş polis zabiti söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm