• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ukrayna müharibəyə NATO silahı ilə hazırlaşır

  • Dünya
  • 4 İyul 2014 11:04
  • 398 Baxış
Ukrayna müharibəyə NATO silahı ilə hazırlaşır

ABŞ Ukraynanı NATO hərbi-sənaye kompleksinin məhsulları ilə silahlandırmağa başlayıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya baş nazirin müavini Dmitri Roqozin “twitter” səhifəsində yazıb.

D.Roqozin Ukrayna ordusundakı hərbi texnikanın nasaz vəziyyətdə olduğunu qeyd edib. Sovet istehsalı olan silahın NATO silahı ilə əvəzlənməsindən söhbət getdiyini bildirən baş nazirin müavini hesab edir ki, ABŞ bununla da öz hərbi-sənaye kompleksinin itkilərini kompensasiya etməyə çalışır.

“Rusiya bu gün” nəşrinin siyasi şərhçisi Mixail Rostovski isə ABŞ və Avropa İttifaqının (Aİ) Ukrayna haqqında düşünmədiyini deyib. Onun sözlərinə görə, əsas hədəf Rusiyanın neytrallaşdırılmasıdır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR