NATO donanması Qara dənizə daxil oldu
Bizi izləyin

Dünya

NATO donanması Qara dənizə daxil oldu

İtalyan raket freqatının rəhbərliyi ilə NATO-nun dörd hərbi gəmisi Qara dənizə daxil olub.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “İnterfaks” xəbər agentliyi diplomatik mənbəyə istinadən yazıb.

Bunlar “Avier” raket freqatı, “Rimini” minaaxtaran gəmi (hər ikisi İtaliyaya məxsusdur), “Maçitis” yunan korveti və “Akçey” türk balıq gəmisidir. Mənbə NATO gəmilərinin Bolqarıstanın Burqas limanına istiqamət aldığını bildirib. Burada isə Bolqarıstan Hərbi-Dəniz Qüvvələri ilə birgə “Sahil küləyi” adlı təlimlər keçiriləcək.

Qara dənizə keçən NATO gəmiləri alyansın Neapoldakı Hərbi-Dəniz Qüvvələri komandanlığına tabedir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm