Yanukoviç nə qədər duruş gətirəcək? - Rəy
Bizi izləyin

Dünya

Yanukoviç nə qədər duruş gətirəcək? - Rəy

Yanukoviç sona qədər dayana bilməyəcək. Qərbin hazırda nümayişçilərə siyasi bəyanatlarla dəstək verdiyini deyən politoloq Rusiyanın isə pul ilə hakimiyyətə dəstək verdiyini, tərəflərin hadisələrə bundan artıq müdaxilə edə bilməyəcəyini dilə gətirib. “Məsə

“Viktor Yanukoviç bunu məcburiyyətdən edib. Etirazçılar mövqeyi qətidir və kəskin tələblərlə çıxış edirlər”.Publika.Az –a açıqlamasında bu sözləri politoloq Zərdüşt Əlizadə Ukraynadakı son hadisələri və prezident Viktor Yanukoviçin müxalifət liderlərinə dövlət postlarını təklif etməsini şərh edərkən deyib.

Xatırladaq ki, prezident müxalifət liderləri Vitali Kliçko və Anseni Yasenyuka müvafiq olaraq baş nazir müavini və baş nazir postlarını təklif edib. Müxalifət liderləri bu təklifdən imtina edib. Bəzi ukraynalı ekspertlər hesab edir ki, prezidentin bu təklifində hansısa taktiki gediş elementləri var.Z.Əlizadə isə bu addımın prezident tərəfindən sadəcə olaraq məcburiyyət qarşısında qalaraq atıldığını düşünür. “Görünür, Yanukoviçin hansısa zəif cəhətləri Qərbə bəllidir və ona qarşı hansısa cəza tədbirləri görülə bilər. Yanukoviç isə bunu istəmir”,- politoloq qeyd edib.

Z.Əlizadə qarşıdurmanın çox dərinləşdiyini və Yanukoviçin gec-tez hakimiyyəti itirəcəyini bildirir. Yanukoviç sona qədər dayana bilməyəcək. Qərbin hazırda nümayişçilərə siyasi bəyanatlarla dəstək verdiyini deyən politoloq Rusiyanın isə pul ilə hakimiyyətə dəstək verdiyini, tərəflərin hadisələrə bundan artıq müdaxilə edə bilməyəcəyini dilə gətirib. “Məsələni Ukrayna xalqının özü küçələrdə və kabinetlərdə həll edir”, - o, söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm