ABŞ-ın ən bahalı layihəsi tarixə qovuşa bilər
Bizi izləyin

Dünya

ABŞ-ın ən bahalı layihəsi tarixə qovuşa bilər

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) “F-35” beşinci nəsil qırıcıların uçuşlarını dayandırıb.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Pentaqonun bəyanatına istinadən “Bloomberg” agentliyi bildirib.

Uçuşların dayardırılması “F-35”lərdən birində baş verən yanğınla izah olunur. Xatırladaq ki, yanğın ABŞ Hərbi Hava Qüvvələrinin Florida ştatındakı bazasında təlim uçuşları zamanı baş vermişdi.

Uçuşların bərpası ilə bağlı qərar 97 ədəd “F-35”in mühərriklərin yoxlanılmasından sonra qəbul ediləcək.

“F-35” Pentaqonun ən bahalı proqramlarından sayılır. Qırıcılar “Lockheed Martin” korporasiyası tərəfindən istehsal edilir. Ümumilikdə 2433 “F-35” qırıcının istehsalı nəzərdə tutulur. Layihənin ümumi dəyəri isə 400 milyard dolları keçəcək.

Aralarında Türkiyənin də olduğu 9 ölkə ilə birlikdə hazırlanan “F -35” ən son texnologiya sahib döyüş təyyarəsi olaraq bilinir. Radarda izi yox deyiləcək qədər az olan təyyarələr üfüqi və şaquli manevrlər edə bilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm