Rza Zərrabın işinə xitam verildi
Bizi izləyin

Dünya

Rza Zərrabın işinə xitam verildi

Həbsdən yenicə çıxan iş adamı Rza Zərraba məxsus olduğu iddia edilən və “Duru” valyuta şirkəti vasitəsilə Qanadan İrana aparılan 1.5 ton qızılla bağlı başlanan istintaq işi dayandırılıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən il yanvarın 1-də Atatürk Hava Limanında yoxlama işləri ilə bağlı saxlanılan 1.5 ton qızılın hansı səbəbdən gətirilməsi ətrafında aparılan araşdırmalara valilik tərəfindən icazə verilməyib.


Hadisənin ört-basdır edilməsi Türkiyədə müxalifət nümayəndələri tərəfindən etirazla qarşılanıb.


Xatırladaq ki, ötən il yanvarın 1-də Atatürk hava limanına Qanadan İrana gedən təyyarə enib və gömrük xidmətinin əməkdaşları təyyarəni yoxlayanda kilolarla külçə qızıl aşkarlayıb. 1.5 ton qızılın 500 kilosunun “Duru” valyuta şirkətinə aid olduğu, qalan hissəsinin isə İranda fəaliyyət göstərən “Sorinet” holdinqə məxsus olduğu bildirilib. Bununla bağlı heç bir sənəd göstərilmədiyindən gömrük əməkdaşları təyyarəni və yükü möhürləyib. Təyyarə və onun içindəki yük 17 gün hava limanında qalsa da Rza Zərrabın əlaqələri vasitəsilə problem həllini tapıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm