• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Misir polisi 54 gənc qıza təcavüz etdi

  • Dünya
  • 4 İyul 2014 13:49
  • 530 Baxış
Misir polisi 54 gənc qıza təcavüz etdi

Misirdə Müsəlman Qardaşları tərəfdarı olan 54 gənc qıza polis idarələrində təcavüz edilməsi ilə bağlı şok hesabat ortaya çıxıb.

Axar.az xəbər verir ki, Çevrilişə Yox və İstiqlala Dəstək üçün Milli İttifaq Hərəkatı üzvləri polis idarələrində təcavüzə məruz qalan qızların bəzilərinin abort olunduğunu, bəzilərinin isə 7-8 aylıq hamilə olduqlarını bildiriblər.

Hərəkat üzvləri həbsxana, polis məntəqələri, polis maşınlarında baş verən təcavüz hadisələrinin insan haqları təşkilatlarının fevral və mart aylarında həyata keçirdiyi dinləmə komitələri tərəfindən sənədləşdirildiyini qeyd ediblər.

Hesabatda bəzi qızların gün ərzində 14 dəfə təcavüzə uğraması ilə bağlı qeydlər də yer alıb.

Lakin Misir hökuməti hesabatda yer alan təcavüzlə bağlı məlumatları təkzib edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR