Dünya
AŞ PA-nın yeni sədri seçilib - YENİLƏNDİ
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bazar ertəsi öz işinə başlayan qış sessiyasında qurumun yeni sədri seçilib.Trend-in məlumatına görə, Lüksemburq Deputatlar Palatasının deputatı xanım An Brasör (Anne Brasseur) 165 səslə AŞ PA-nın yeni sədri seçilib. O, bu posta öz namizədliyini irəli sürənədək AŞ PA-da "Avropa naminə Demokratlar və Liberallar Alyansı" siyasi qrupunun sədri olub.
A.Drasör 165 səs toplayıb. Qeyd edək ki, ilk turda seçilmək üçün hər iki namizəddən biri 159 səs toplamalı idi.AŞ PA sədri yenidən bir dəfə uzatmaqla bir il müddətinə seçilir.
15.46
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bazar ertəsi öz işinə başlayan qış sessiyasında qurumun yeni sədrinin seçkisi ilə bağlı səsvermə başa çatıb. Trend-in məlumatına görə, nəticələrin yerli vaxtla saat 13:00-15:30 aralığında elan olunması gözlənilir.
Qeyd edək ki, AŞ PA sədri postuna iki namizəd var. Bunlar
Lüksemburq Deputatlar Palatasının deputatı xanım An Brasör (Anne
Brasseur) və Böyük Britaniyadan olan deputat Robert Uolterdir
(Robert Walter).Xatırladaq ki, yerli vaxtla saat 11:45-də başlayan
səsvermə saat 12:15-də bitib. İlk turda seçilmək üçün hər iki
namizəddən biri 159 səs toplamalıdır.
Səsvermədə 317 parlamentari iştirak edib. Əgər sədr iki turda seçilməsə, bu halda Assambleyada üçüncü tur keçiriləcək və ən çox səs toplayan namizəd qalib gələcək.AŞ PA sədri yenidən bir dəfə uzatmaqla bir il müddətinə seçilir.
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan şok xəbərdarlıq +
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları