Sentyabrda Ermənistanda Qarabağ çevrilişi olacaq
Bizi izləyin

Dünya

Sentyabrda Ermənistanda Qarabağ çevrilişi olacaq

“Sentyabrda Serj Sərkisyan hakimiyyəti devrilə bilər”.

Axar.az xəbər verir ki, bu iddia ilə Ermənistan mətbuatı çıxış edib.

Mətbuat hər şeyin Sərkisyanın Qarabağla bağlı məsələdə Rusiyaya verəcəyi cavabdan asılı olacağını bildirib:

“Sərkisyan özü də yaxşı anlayır ki, bu dəqiqə taleyi Moskvanın əlindədir. Onun sadəcə, seçim etmək şansı var. O, yaxşı başa düşür ki, Qarabağın Azərbaycana verilməsi və rusların burada yerləşdirilməsini qəbul etsə, heç kəsə cavab verə bilməyəcək. Həmçinin Bakıya ilkin mərhələdə bir neçə rayonun qaytarılması məsələsində tərəddüd etsə, artıq Moskva onun nazı ilə çox oynamayacaq. Çünki artıq Putinə indiki çətin zamanında konkret qərar və güvənə biləcəyi şəxslər lazımdır. Həmçinin Sərkisyan Nazarbayevin tələbinə uyğun olaraq Qarabağla arasında sərhəd keçid məntəqəsi quraşdırmalıdır. Bütün bunlar qarşısında Ermənistan çarəsiz vəziyyətdədir. Həmçinin Azərbaycan tərəfindən təzyiqin gücləndirilməsi Sərkisyanı çıxılmaz vəziyyətə qoyub. Eləcə də rusların təsiri ilə bəzi müxalif partiyalar xeyli aktivləşiblər. Artıq aralarından bəziləri Sərkisyana xalqı ayağa qaldırmamaq üçün konkret zaman da veriblər. Bundan başqa isə Köçəryan yenidən Moskvanın rzasını alıb hakimiyyətə dönmək istəyir. İndi hər şey Sərkisyanın verəcəyi qərardan asılı olacaq. Əgər Rusiyanın istəkləri yerinə yetməsə, Sərkisyan hakimiyyəti bitəcək. Moskvanın istəkləri isə hamıya bəllidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm