Malikiyə ABŞ-dan xoşagəlməz sürpriz
Bizi izləyin

Dünya

Malikiyə ABŞ-dan xoşagəlməz sürpriz

ABŞ Malikinin gözlədiyi qırıcıları göndərəcəyi vaxtı təxirə salıb.

Publika.az “DHA”ya istinadən xəbər verir ki, Mosulu işğal edən İŞİD (İraq Şam İslam Dövləti) qarşısında gözünü ABŞ-a dikən İraqın baş naziri Nuri Əl-Malikiyə Vaşinqtondan bəd xəbər gəlib. Belə ki, ABŞ hökuməti qırıcıların təhlükəsizliyinin təmin olunmadığını əsas gətirərək, 36 ədəd F-16 tipli qırıcının İraqa göndərilməsinin təxirə salındığını açıqlayıb.

ABŞ dövlət katibinin sözçüsünün müavini Marie Harf rəsmi Vaşinqtonun qırıcılar göndərməklə bağlı razılığına sadiq qaldıqlarını bildirib: “İraq hökuməti qırıcıların təhlükəsizliyini təmin etmədiyi, pilot təliminin tamamlamadığı, lazımi maliyyə və inzibati işlər görmədiyi üçün qırıcıların göndərilməsi təxirə salınıb”.

Xatırladaq ki, rəsmi Bağdad ABŞ-a 4.2 milyard dollar ödəməsinə rəğmən, həmin hərbi sursat gəlmədiyindən Rusiyadan “Sukhoi” qırıcıları almışdı.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm