Terrorçular 13 rayona nəzarət edir
Bizi izləyin

Dünya

Terrorçular 13 rayona nəzarət edir

Ukrayna ordusu antiterror əməliyyatları zonasındakı 36 rayondan 23-nə nəzarət edir.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy deyib.

“Terrorçu qrupların fəallığı azalıb, onların hərbi texnikası məhv edilib. Bu gün hakimiyyət orqanları antiterror əməliyyatları zonasındakı 36 rayondan 23-nə nəzarət edirlər”, - A.Parubiy brifinqdə bildirib.

Qeyd edək ki, antiterror gücləri son bir gündə Luqansk və Donetsk vilayətlərində uğurlu əməliyyatlar keçirib. Rəsmi məlumatlara görə, 150-dən çox terrorçu məhv edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm