Sankt-Peterburqda ABŞ səfirliyinə hücum olundu
Bizi izləyin

Dünya

Sankt-Peterburqda ABŞ səfirliyinə hücum olundu

Millətçi Eduard Limonovun “Başqa Rusiya” partiyasının üzvləri Sankt-Peterburqda yerləşən ABŞ səfirliyinə hücum ediblər.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 4 iyun – Amerika Birləşmiş Ştatlarının dövlət müstəqilliyinin qeyd edildiyi gündür. Məhz bu bayram günündə rus millətçiləri amerikalıları özünəməxsus şəkildə “təbrik” ediblər.

Amerikanın Ukrayna siyasətinə etiraz edən nümayişçilər əvvəlcə ABŞ bayrağını yandırıb, sonra isə səfirliyin binasına fişənglər və tüstü bombaları atıblar.

Səfirliyin mühafizəçiləri nümayişçilərdən birini tutmağa nail olublar. O, artıq polisə təhvil verilib. Digərlərinin axtarışı davam edir.

Xatırladaq ki, analoji aksiyanı “limonovçu”lar iyunda Moskvadakı Ukrayna səfirliyinin qarşısında da keçirmişdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm