Ukraynanın 197 hərbçisi ölüb
Bizi izləyin

Dünya

Ukraynanın 197 hərbçisi ölüb

Son bir gün ərzində aparılan antiterror əməliyyatlarında 9 hərbçi ölüb, 13-ü isə yaralanıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy brifinqdə deyib.

Onun sözlərinə görə, Luqansk və Donetsk vilayətlərində antiterror əməliyyatların başlanmasından bu yana 197 hərbi qulluqçu ölüb, 655-i yaralanıb.

Rəsmi məlumatlara görə, son bir gündə antiterror əməliyyatları zamanı 150-dən çox terrorçu öldürülüb. Terrorçuların təslim olmağa başladığı, bəzilərin isə Rusiya ərazisinə keçməyə cəhd etdiyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm