Kremlə sərt xəbərdarlıq: “Bu bir daha baş verərsə…”
Bizi izləyin

Dünya

Kremlə sərt xəbərdarlıq: “Bu bir daha baş verərsə…”

“Rusiya aviasiyasi tərəfindən Ukraynanın hava məkanı yenidən pozularsa, cavab zərbəsi endiriləcək”.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy brinfinqdə deyib.

O, həmçinin bildirib ki, bir həftə ərzində Ukraynanın hava məkanı Rusiya hərbi vertolyotları tərəfindən dəfələrlə pozulub. A.Parubiy dövlət sərhədinin adətən “Mi-8” və “Mi-24” vertolyotları ilə pozulduğunu qeyd edib.

A.Parubiy humanitar yardım adı altında Rusiyanın terrorçuları və silahı Ukraynanın şərqinə keçirdiyini vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm