• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Rüşvətxor deputat Dumadan qovuldu

  • Dünya
  • 4 İyul 2014 17:17
  • 298 Baxış
Rüşvətxor deputat Dumadan qovuldu

Rusiya Dövlət Dumasının üzvü Nikolay Parşinin deputatlıq toxunulmazlığı ləğv edilib.

Səsvermədə Kommunist Partiyası və Jirinovskinin Liberal Demokrat Partiyası iştirak etməyib. Dumanın 450 üzvündən qərarın lehinə 285, əleyhinə 82 deputat səs verib.

Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, Nikolay Parşin Dumada Kommunist partiyasını təmsil edib. O, əvvəllər Volqoqrad Vilayət Dumasının üzvü olub. Deputat olduğu müddətdə adı bir sıra korrupsiya qalmaqallarında və maxinasiyalarda hallanıb. Konktert olaraq, Rusiya Baş Prokurorluğu Parşinin 11 milyon rubl dəyərində rüşvət aldığını sübut edib. Fakt və dəlillər Rusiyanın baş prokuroru Yuri Çaykaya təqdim olunandan sonra o, Dumaya müraciət edib. Beləliklə, Nikolay Parşinin deputat toxunulmazlığının ləğvi məsələsinə baxılıb.

Deputatın özü bütün ittihamları rədd edir.

İlqar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR