Qəza törədən gənc sevgilisinin əlindən öpərək üzr istədi
Bizi izləyin

Dünya

Qəza törədən gənc sevgilisinin əlindən öpərək üzr istədi

Türkiyənin Antalya şəhərində baş verən yol faciəsi eşidənlərin ürəyinə dağ çəkib.


ANS PRESS-in məlumatına görə, gecə saatlarında motosikletlə sevgilisini gəzdirən 25 yaşlı gənc qəfildən idarəetməni itirərək qəzaya uğrayıb.


Belə ki, 25 yaşlı Yaşar Ardınç sevgilisi 24 yaşlı Songül Mədənlə motosikletlə gəzirmişlər. Qız oğlandan tutaraq arxada oturubmuş. Yaşar Ardınç sürəht həddini aşdığı üçün yol polisi onları saxladıb. Lakin polisin “dur” əmrinə tabe olmayan gənc sürəti daha da artırıb. Songül Mədən sevgilisindən dayanmağı xahiş etsə də, gənc oğlan buna əhəmiyyət verməyib. Lakin onlar çox uzağa gedə bilməyiblər.

Döngədə motosikletin sürətlə getdiyi üçün idarəetməni itirib və qəfildən aşıb. Qəza nəticəsində hər iki gənc ağır yaralanıb.


Hadisə yerinə təcili yardım çağırılıb. Həkimlər gənclərə ilkin tibib yardım göstəriblər.


Ən təsiredici məqam isə qəza zamanı gənc oğlanın ölüm ayağında olan sevgilisindən törətdiyi qəzaya görə üzr istəməsi olub.


“Üzr diləyirəm. Polisin cəriməsindən qaçmaq istərkən, səni həyatdan edirəm. Bəlkə də sən məni bağışlarsan. Amma mən özümü buna görə bağışlamayacağam”, - deyə Yaşar Ardınç ağlayaraq sevgilisinin əlindən öpüb.


Hər iki yaralı ağır şəkildə xəstəxanaya aparılsa da, 24 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.









Oxumağa davam et
Reklam
Reklam

Gündəm