• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Kremlin ideoloquna cinayət işi açıldı

  • Dünya
  • 4 İyul 2014 18:36
  • 421 Baxış
Kremlin ideoloquna cinayət işi açıldı

Ukrayna Təhlükəsizlik Xidməti Rusiya dövlət televiziyasının aparıcısı Dmitri Kiselyovu terrorizmi maliyyələşdirdiyinə görə ittiham edib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, Ukrayna Təhlükəsizlik Xidmətinin sədri Valentina Nalivayçenko onun barəsində artıq cinayət işinin açıldığını bildirib.

V.Nalivayçenko həmçinin bildirib ki, rəhbərlik etdiyi qurum Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin rəhbəri Vladimir Kulişovun barəsində də cinayət iddiası qaldırıb. V.Kulişov da Ukraynanın şərqində terrorçuların maliyyələşdirilməsinə görə ittiham olunur.

Qeyd edək ki, D.Kiselyov Kreml siyasətinin əsas təbliğatçısı sayılır.

Bir müddət əvvəl Ermənistan “Həmrəylik” Araşdırma Mərkəzinin direktoru, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan onun ölkəsinə buraxılmamasını tələb etmişdi. D.Kiselyov Ermənistanda rus dilinə ikinci dövlət statusunun verilməsi məsələsini qaldırmışdı.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR