Ukraynadan Rusiyaya nota
Bizi izləyin

Dünya

Ukraynadan Rusiyaya nota

Ukrayna Xarici İşlər Nazirliyi olkə səmasında "sistematik kobud pozuntular"a görə Rusiyaya etiraz unvanlayıb.

ANS PRESS-in məlumatına görə, Ukrayna tərəfi belə hadisələrin dayandırılması və onların araşdırılması tələbi ilə Rusiya tərəfinə nota göndərib.

Ukrayna xarici siyasət idarəsinin məlumatına görə, dünən gün ərzində Ukraynanın hava boşluğu bir neçə dəfə pozulub.

"Rusiya silahlı qüvvələrinin fərqləndirici nişanları ilə 2 döyüş vertolyotu Mİ-8 və Mİ-24 qırıcı təyyarəsi bir neçə dəfə Ukraynanın hava boşluğuna qanunsuz girib. Onlar xüsusən "Aleksandrovka" buraxılış məntəqəsi ərazisində hava sərhədini dəfələrlə pozub.

Həmin gün Rusiya silahlı qüvvələrinin iki vertolyotu "Doljanski" buraxılış məntəqəsinin üstündə uçuşlar edib”, - deyə Ukraynanın Xarici İşlər Nazirliyi bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm