Dünya
Şok iddia: İŞİD Türkiyədən idarə olunur?
ivanın keçmiş Baş naziri Səd Haririyə yaxın mənbə İraq-Şam İslam Dövləti (İŞİD) barədə şok faktlar açıqlayıb. Sızdırılan xəbərə görə, İŞİD İraqdakı son hücumlarının planını Ankaradan alırmış.
Axar.az xəbər verir ki, Livanlı milyarder Səd Haririyə yaxın mənbə bildirib ki, İŞİD-in İraqı parçalamaq, Suriyadakı qarşıdurmaları böyük Yaxın Şərq müharibəsinə çevirmək və İranı çökürtmək üçün hazırlanan planı 2013-cü ilin noyabrında Türkiyədə hazırlanıb. Mənbənin verdiyi məlumata görə, plan ABŞ-ın Türkiyədəki səfiri tərəfindən irəli sürülüb.
Mənbə bildirib ki, plan 2013-cü il noyabrın 22-23-də Ankarada
təşkil olunan Atlantika Şurası Enerji Zirvəsində bağlı qapılar
arxasında hazırlanıb:
“Atlantika Şurası ABŞ və NATO xarici siyasəti və geopolitik mövzuda
ən nüfuzlu zirvələrdən biri sayılır. Türkiyədə təşkil olunan
zirvədə çıxış edən Fridrix Kempe Enerji Zirvəsinin və Yaxın
şərqdəki vəziyyətin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu gün
mövcud vəziyyətin dönüş nöqtəsidir. Eynilə 1918 və 1945-ci illərdə
olduğu kimi. Türkiyə bölgədə sabitliyi qorumaq baxımından mərkəz
nöqtədir. ABŞ və Türkiyə əlaqələri nə qədər genişləndirsə, bir o
qədər təsirli olacaqlar”.
Malikiyə vaxt veriləcəkdi
Mənbə bu görüşdə İraqın Baş naziri Nuri Əl-Malikiyə təzyiq
vasitələri haqqında da danışıb: “Bağdad 2013-cü ilin əvvəlində Deyr
Əz-Zordakı Suriya neft yataqları mövzusunda və İraqın şimalındakı
kürd bölgələrində muxtariyyət mövzusunda güzəştə getsəydi, İraqın
vəziyyəti bugünkü kimi olmayacaqdı. Malikiyə vaxt veriləcəkdi.
2013-cü ilin martında ABŞ Dövlət katibi Con Kerri İraqdan Suriyaya
silah satışını qadağan etdi. Halbuki ABŞ öz silahlarını Səudiyyə
Ərəbistanı vasitəsilə İraq və İordaniyadan İŞİD-ə göndərirdi.
2013-cü il aprelin 22-də Avropa Birliyinə daxil olan 28 ölkədən
27-si Suriya müxalifətinə maliyyə dəstəyi vermək üçün müxalifətin
nəzarətində olan bölgələrdə Suriya neftini idxal etmək qadağasını
aradan qaldırdı”.
Rəsmi Ankara Kürd muxtariyyəti üçün Malikiyə
təzyiq edib
Mənbənin bildirdiyinə görə, Türkiyə İŞİD-in bölgəni nəzarətə götürəcəyindən əvvəlcədən xəbərdar imiş: “Hətta bu mövzuda Türkiyənin Enerji naziri Taner Yıldız Kürdüstanın Enerji naziri Havrami ilə gizli razılğa da gəlib. Onlar arasında olan razılığa görə, Şimali İraq nefti Kərkük-Ceyhan boru kəməri vasitəsi ilə ötürüləcəkdi. Buna görə də rəsmi Ankara kürdlərin muxtariyyəti uğrunda Baş nazir Malikiyə çox təzyiq etdi”.
Keçmiş Baş nazirə yaxın olan mənbə onu da bildirib ki, İŞİD-in
fəaliyyət planı nöqtəbənöqtə yazılıb: “2013-cü ilin avqustunda
Suriyada neft yataqları İŞİD-in əlinə keçməli idi. Lakin bu plan
iki səbəbdən müvəffəqiyyətlə nəticələnmədi. Birincisi, Böyük
Britaniya Suriyanın bombalanmasından imtina etdi. İkincisi isə,
Suriya ordusunun avqust ayında həm İŞİD-i, həm də Nüsra cəbhəsini
Deyr əz-Zor-dan təmizləməsi oldu. Ən pis cəhət o idi ki, hər kəs
neftin ABŞ, Türkiyə və Avropa Birliyi arasında necə bölünəcəyini
müzakirə etməyə hazır idi. Noyabrda Türkiyədə təşkil olunan Enerji
Zirvəsinin başlanılmasında da məqsəd neft bölgüsü idi”.
Ağ Evdə Malikinin başına silah sıxılıb
Mənbə onu da bildirib ki, Suriya ordusunun İŞİD-ə
müqavimət göstərərək bəzi əraziləri geri almağına görə, Maliki
ABŞ-a çağırılıb: “İraqın Kürdüstan bölgəsinın başçısı Məsud Bərzani
və İraqın Baş naziri Nuri əl-Maliki 2013-cü ilin noyabrında
Vaşinqtona dəvət edildi. Bundan sonar Vaşinqtondakı müəyyən
dairələr Obamaya Malikinin başına silahı dayamasını tələb etdilər.
Çox az vaxt qalmışdı. Obama isə bu barədə tərəddüd edirdi. Səfərdən
qayıtdıqdan sonar Bərzani Şimali İraqdakı hakimiyyətini get-gedə
itirməyə başladı. Noyabr əvvəllərində İraq neftini Türkiyə
ərazisindən paylamaq və İraqı parçalamaq üçün hazırlanan bütün
planlar Kərkük və Ankara arasında qurulmuşdu”.
İŞİD-i Səudiyyə Ərəbistanı
maliyyələşdirir
Mənbə İŞİD-in maliyyə qaynaqlarına toxunaraq bildirib
ki, terrorçu təşkilatı Səudiyyə Ərəbistanı
maliyyələşdirir:
“Səudiyyə Ərəbistanı kral ailəsinin öndəgedən adlarından olan
Şahzadə Abdurrahman Əl-Faysal İŞİD terrorçuları arasında “əmir”
seçilib. Şahzadə əməliyyatlara maliyyə xərcləri ayırmaqdan başqa bu
təşkilatda məsul simalardan biridir. Lakin təşkilatın mərkəzi
Ankarada olan ABŞ səfirliyidir. Məndə olan məlumata görə, səfir
Fransis Rikkiardoni olmadan heç bir qərar verilmir”.
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI