Nikolayevka azad edildi
Bizi izləyin

Dünya

Nikolayevka azad edildi

Ukrayna hökümət qüvvələri Donetsk ərazisində Slavyansk rayonunun Nikolayevka yaşayış məntəqəsini tamamilə nəzarəti altına alıb.

ANS PRESS-in məlumatına görə, 50 nəfərdən çox terrorçu əsir götürülüb.

Bu haqda Ukrayna Daxili İşlər naziri xəbər verib.

"Nikolayevka tamamilə bizim nəzarətimizdədir. Təxminən 50 döyüşçü tutulub, təslim olanlar da var", - deyə Ukraynanın daxili işlər naziri Facebook səhifəsində yazıb.

Cümə günü gündüz rusiyameylli yığma qoşun döyüşçüləri bildirirdilər ki, Nikolayevka qəsəbəsi Ukrayna qoşunları tərəfindən tamamilə mühasirəyə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm