• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Abdullah Gül Azərbaycanda balıq ovuna çıxıb

  • Dünya
  • 4 İyul 2014 22:35
  • 592 Baxış
Abdullah Gül Azərbaycanda balıq ovuna çıxıb

Türkiyə prezidenti Abdulla Gül Azərbaycanda səfərdə olduğu zaman balıq ovuna çıxıb.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumatı yayıb.

Belə ki, bu gün Abdulla Gülün 7 il prezidentliyi dövründə rəsmi səfərlərini əks etdirən, eləcə də həyat yoldaşı Hayrannüsa Güllə çəkdirdiyi şəkillərin sərgisi olub.

Sərgiyə gələn qonaqlara Abdulla Gülün fotoqrafları Ayxan Fırat, Murad Çətinmühürdar, Mustafa Öztartan, İrfan Yıldız və Mehmet Dəmirçi tərəfindən bu günə qədər çəkilən 1 milyondan çox şəkilin arasından seçilən 50 fotosu təqdim edilib.

Maraqlı məqam isə odur ki, 50 foto arasında Abdulla Gülün Azərbaycanda səfərdə olduğu zaman balıq tutarkən çəkilən şəklinin yer almasıdır. Türkiyənin Anadolu agentliyinin məlumatına görə, fotolar arasında Abdulla Gül və həyat yoldaşı Hayrannüsa Gülün ilə qarda gəzintisini, atası Əhməd Həmdi Gül ilə bağdan pomidor toplamasını əks etdirən, eləcə də Azərbaycanda balıq tutarkən və ABŞ-da BMT-nın toplantısı zamanı kompüterdən xəbərləri oxuyarkən çəkilən şəkilləri var.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR