Qüdsdə qarşıdurma davam edir
Bizi izləyin

Dünya

Qüdsdə qarşıdurma davam edir

Qüds şəhərində fələstinli gəncin öldürülməsi ilə əlaqədar baş qaldıran etiraz aksiyaları qarşıdurmalara səbəb olub.

ANS TV-nin məlumatına görə, təhlükəsizlik qüvvələri yürüş etmək istəyən fəallara müdaxilə edib. Fəallar daş və küt maddələrlə polisə hücum ediblər. Polis isə gözyaşardıcı qazlarla aksiyanı dağıtmağa çalışıb.

Fələstinlilər gənc oğlanın radikal israillilər tərəfindən öldürüldüyünü bildirirlər. Gəncin öldürülməsi bir müddət əvvəl Həmas üzvləri tərəfindən oğurlanaraq öldürülən 3 yeniyetmənin qısası kimi görülür. Əslində isə Həmas rəhbərliyi fakta görə məsuliyyəti öz üzərinə götürməyib.

"Həmas" İsrailin Fələstinə müdaxilə etmək məqsədilə belə bir böhtan atdığını deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm