Ruslar Gürcüstanda daha bir kəndi ələ keçirdi
Bizi izləyin

Dünya

Ruslar Gürcüstanda daha bir kəndi ələ keçirdi

Rusiya hərbçiləri Gürcüstanın Cənubi Osetiya ilə təmas xəttində daha bir kəndini ələ keçirib.

Axar.az-ın məlumatına görə, bununla da onlar yeni baryerlərini Qori rayonunun Kere kəndində qurublar.

Qeyd edək ki, Gürcüstanın dərinliklərinə irəliləyən rus hərbçiləri qısa bir zaman içində 500 metr uzunluğunda yeni məftil səddi də çəkiblər. Vurğulanır ki, əgər bu işğalın qarşısı alınmasa, Gürcüstanın tarixi üç kilsə-məbədi və bir qəbiristanlıq qarşı tərəfin ərazisində qalacaq.

Xatırladaq ki, məsələ ilə əlaqədar Gürcüstan Daxili İşlər Naziri qarşı tərəfə sorğu göndərsə də, rəsmi Tiflisin müraciətinə hələ də cavab verilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm